¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü

Aşağa gitmek

Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  Empty Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü

Mesaj tarafından İlteriş Kağan Çarş. 7 Mayıs 2014 - 5:16

Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü ildəki hadisənin Turançılıq məhkəməsi ilə heç bir bağlılığı yoxdur. O gün Ankarada Sabahattin Alinin Nihal Atsıza qarşı açdığı həqarət davasının 2. duruşması idi. Hadisənin keçmişinə baxaq...

1944-cü ildə baş nazir Şükrü Saraçoğlu məclis kürsüsündən "Biz Türkük, Türkçüyük..." demişdi. Atsız isə yayımladığı dərgidən baş nazirə iki açıq məktub yazaraq, əgər Türk və Türkçüdürsə dövlət orqanlarında təşkilatlanmağa başlayan kommunistləri görməzdən gəlməməli, bunların qarşısını almalı olduğunu xatırlatdı. Atsızın o iki məktubu çox kəskin idi və bir çox dövlət adamı təhsil naziri Hasan Ali Yücel, yazıçı Sabahattin Ali də daxil olmaqla o məktublarda kommunistliklə, vətənə xəyanətlə ittiham olunurdu. Bu məktublardan təşvişə düşən kommunistlər Sabahattin Ali tərəfindən Atsız Bəyə qarşı məhkəmə açmağa nail oldular. Bu məhkəmənin ikinci duruşması 3 May 1944 tarixində Ankarada olacaqdı. Atsızı dəstəkləyən, Türkçü və Milliyətçi minlərlə Türk gənci o gün bir-birilərindən xəbərsiz olaraq məhkəmədə Atsız bəyə dəstək olmaq üçün Ankaraya yola düşdü. Ankara qatar vağzalında bir anda toplanan minlərlə gənc məhkəmənin keçiriləcəyi Әdliyyə binasına doğru yürüyüşə keçdi. Deyilənə görə o gün Әdliyyə binasında o qədər adam var imiş ki, iştirakçılar salona pəncərədən zorla giriblər. Məhkəmədə Atsız, məhkəmə heyətinə ''Sabahattin Alidən soruşun; vətənə xəyanətini sübut edimmi? Buna razıdırmı?" deyir amma Sabahattin susmaqla kifayətlənir. Dövlət ittihamçısı Atsıza cəza istəyir və məhkəmə yenə ertələnir. (Sabahattin Ali daha sonralar ölkədən qaçmağa çalışarkən vətən xaini olduğu üçün öldürülür).

Məhkəmədən sonra Türkçü gənclər yenə yürüşə keçir, Ankara küçələri Türkçü, milliyətçi şüarlarla çalxalanır. Polisin müdaxiləsiylə onlarla gənc saxlanılır, bir çoxu yaralanır. Bu hadisə Atatürkün ölümündən sonra kommunizmə göz qaş edən İnönü iqtidarına qarşı ilk Türkçü üsyan olduğu üçün Atsız Bəy sonrakı illərdə bu hadisənin yaşandığı tarixi Türkçülük Günü olaraq qeyd etməyi təklif edir, və Türkçü gənclər bu təklifi qəbul edib hər il bu tarixdə Türkçülük gününü qeyd edirlər...

Turançılıq məhkəməsi isə bu hadisədən tam 16 gün sonra, 19 May 1944'də dövlətin başçısı İnönünün Türkçü və Turançıları hədəf alan sözlər söyləməsindən sonra Türkçü fikir adamlarına qarşı başlayan təzyiqlərin nəticəsidir. Hitler Almaniyasının müharibəni uduzacağı artıq bəlliydi və keçmişdə Faşist İttifaqla yaxınlıq edən İnönü bu dəfə Stalinə yaxınlaşmalı idi. Buna da Sovetlər üçün böyük təhlükə kəsb edən Türkiyəli Turançıları həbs edib işkəncədən keçirməklə nail olmaq istəyirdi. Atsız, Alparslan Türkeş, Zəli Vəlidi Togan kimi bir çoxunun həbs olunub tabutluq adlı kameralarda saxlanıldığı, Türkeşin daha sonra Atsızla olan yaxınlığını inkar edib Türkçülükdən peşman olduğunu deyib əfv istədiyi Turançılıq adlı məhkəmə prosesi bu cür başladı əslində...

Yəni 3 May 1944'cü il hadisələrinin tək iştirakçısı Atsız Bəydir və yaşanan bütün olaylar, Ankarada toplanan bütün gənclik onun əsəridir.

Ruhu Şad Olsun
Tanrı Türkü Qorusun

Ozan Elmir Abbasoğlu
İlteriş Kağan
İlteriş Kağan
Yazışmalık Yöneticisi


Yazışmalık Yöneticisi


Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  Turkey10
Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  Gencat10
Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  Pro10
Yaş Yaş : 42
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Turan
Lakap Lakap : ©ﻕΞתς яΞiS
Doğum Tarihi Doğum Tarihi : 01/10/81
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Hepsini Okudum
İletiler: İletiler: : 5563
Üyelik Tarihi Üyelik Tarihi : 06/01/09
Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  Pro1010
Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  290407


Türkçülük Günü olaraq qeyd edilən 3 May 1944-cü  Ile10

https://ilteris.forum.st/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz