¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

İranda molla vəhşiliyinin qara statistikası

Aşağa gitmek

İranda molla vəhşiliyinin qara statistikası Empty İranda molla vəhşiliyinin qara statistikası

Mesaj tarafından İlteriş Kağan Ptsi 26 Ocak 2009 - 4:16

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Bir neçə günlük nisbi sakitlikdən sonra yola salmaq üzrə olduğumuz həftə Güney Azərbaycanda hərəkatçılara qarşı təqiblər yenidən şiddətlənib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlının "Alma"ya verdiyi məlumata görə, ETTELAAT qüvvələri milli hərəkatçılara qarşı daha amansız basqılar edirlər: "Təxminən 20 gün öncə həbs olunan mühəndis Vəhid Şeyxbəylinin ilk məhkəməsi olub. Təbrizin 4-cü İnqilab Məhkəməsində hakim milli hərəkatçıya qarşı irəli sürülən ittihamın heç birinin sübut olunmamasına baxmayaraq, onun həbs edilməsi haqda qərar çıxarıb. Xatırladıram ki, Vəhid bəy buna qədər dəfələrlə İran rejimi tərəfindən həbs olunub.
Meşkin şəhərində Beytullah Bərtigərin də məhkəməsi olub və ona da hökm oxunub. Beytullah bəy 2006-ci ilin may ayında həbs olunsa da, təxminən 3 il müddətində məhkəməsiz olaraq, həbsdə saxlanılmışdı. Meşkin İnqilab məhkəməsinin qərarı ilə hərəkatçıya 2 il şərti həbs cəzası verilib. Bununla yanaşı, hərəkatçını hədələyiblər ki, bir də siyasi fəaliyyətlə məşğul olacağı təqdirdə ailəsi məhv ediləcək".
A. Qaradağlı deyib ki, Urmiya şəhərində Nəvid Sultani, Səid Məhəmmədi, Oğuz Qasimi Fiğumən Qasimi və Rəhman Qasimi 1 aya yaxın qeyri-qanuni olaraq həbsdə saxlandıqdan sonra 35000 ABŞ dolları girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb.
Mühəndis Abdulla Abbasi və Hüseyn Hüseynidən isə hələ də xəbər yoxdu. 3 aya yaxın Evin həbsxanasında saxlanılan bu hərəkatçılar son zamanlar ailələri ilə əlaqə saxlamayıblar. Ailə üzvləri milli hərəkatçıların sağlıq durumu ilə bağlı nigarançılıq keçirirlər.
Qadın hüquq müdafiəçisi xanım Şəhnaz Qulami haqqında da məhkəmə hökm çıxarıb. Məhkəmənin qərarı ilə xanım hərəkatçı 6 ay azadlıqdan məhrum edilib. Şəhnaz xanım cəzasını Təbrizin həbsxanasında çəkəcək.
Bəzi hərəkatçılar uzun müddətdir həbs olunsalar da, rejim onların məhkəməsini yubadır. 4 aya yaxındır ki, həbsdə saxlanılan Əmir Əli Zəbihinin məhkəməsinin nə vaxt keçiriləcəyi hələ də məlum deyil. Əmir bəyin bu barədə sorğularına heç bir cavab verilmir. "21 Azər" hərəkatı ildönümü ilə bağlı Əhər şəhərində həbs olunmuş yazıçı Əhməd Rza Nəvai 1 aylıq qeyri-qanuni həbsdən sonra girov müqabilində azadlığa buraxılıb.
Bu arada əldə etdiyimiz məlumata görə, İran rejimi 2006-ci ilin mayından 2009-cu ilin yanvarına qədər təkcə Təbriz şəhərində 17 min hərəkatçını həbs edib və onlara qarşı müxtəlif hökmlər oxunub. 44 nəfər milli hərəkatçı şübhəli şəkildə öldürülüb. Təbriz ətrafında Mehram və Açı çaylardan 21 nəfər hərəkatçının meyidi tapılıb. Digər meyidlər isə Təbrizin müxtəlif yerlərində aşkarlanıb. Öldürüləndən sonra milli hərəkatçıların əksəriyyətinin cəsədləri Təbrizdə məşhur olan Arpadərəsi və Babadağı deyilən yerlərə atılıb. Tapılan bütün meyidlərin üzərində işgəncə izləri olub.
İlteriş Kağan
İlteriş Kağan
Yazışmalık Yöneticisi


Yazışmalık Yöneticisi


İranda molla vəhşiliyinin qara statistikası Turkey10
İranda molla vəhşiliyinin qara statistikası Gencat10
İranda molla vəhşiliyinin qara statistikası Pro10
Yaş Yaş : 42
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Turan
Lakap Lakap : ©ﻕΞתς яΞiS
Doğum Tarihi Doğum Tarihi : 01/10/81
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Hepsini Okudum
İletiler: İletiler: : 5563
Üyelik Tarihi Üyelik Tarihi : 06/01/09
İranda molla vəhşiliyinin qara statistikası Pro1010
İranda molla vəhşiliyinin qara statistikası 290407


İranda molla vəhşiliyinin qara statistikası Ile10

https://ilteris.forum.st/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz