¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Bütün TÜRKlər qardaştır!

Aşağa gitmek

Bütün TÜRKlər qardaştır! Empty Bütün TÜRKlər qardaştır!

Mesaj tarafından GökBörü C.tesi 2 Tem. 2011 - 6:10

Ey Tanrı Dağında doğulub yer kürəsində at çapdıran şanlı axınçı, ürəklərində ozanların qopuz çaldığı Dədə Qorqud ruhlu xalq, bir gündə dövlət yıxıb bir gecədə xanlıq quran igid əsgər, əbədi daşlar yazdıran Bilgə Xaqanın nəvəsi, göy mavisi bayraqlarla qurd başlı sancaqları göylərə çəkdirən ər insan, qorxaqlara Çin səddini inşa etdirən Mətə Xanın və onların sarayına qırx nəfərlə basqın edən Kürşadın soyundan gələn uca Türk, sözüm sənədir.

Bu gün dünyada olan bir cox millətlər hələ ortada yox ikən biz Türklər dövlət qurur, bu dünyanın düzənini təmin edirdik. Min illər əvvəl Hunlar və Göy Türklər ilə Türk adını bütün yer kürəsinə eşitdirmiş və dünya hakimiyyətinə qovuşmuşduq. Mavi göy çadırımız, Günəş də bayrağımız olmuşdu. Gücümüzü təkcə qılıncımızın kəskin, biləyimizin güclü olmasından almırdıq; uca təriqətimiz, inancımız, dövlətimizə bağlılığımız və bənzərsiz mədəniyyətimiz bizi digər millətlərdən üstün edirdi. Kaşqarlı Mahmud atamız da, “Tanrının dövlət günəşini Türk bürclərində doğduğunu və onların üzərinə göylərin bütün işıqlarını döndərmiş olduğunu gördüm. Tanrı onlara Türk adını verdi və onları yer üzünə albay etdi.”deyərək Türklüyün müqəddəsliyini min il əvvəldən bizə bildirmişdi.

İkinci Göy Türk Dövlətində Türk soylu bütün insanlar tək bayraq altında toplanmışdı və sonra Türk köçləriylə qandaşlar yer üzünün fərqli bölgələrinə yayılmağa başladı. Birbirindən ayrı düşən soydaşların aralarındakı məsafələr, rusların, çinlərin və saysız düşmənlərin bizi bölmək üçün etdikləri cəhdlər də artdı. Ruslar, “Siz Türk deyilsiniz. Siz Qırğız, Azəri,Özbək, Kazak, Tatar...sınız” dedilər və əvvəl müqəddəs dilimizi parçaladılar. Hər Türk ləhcəsi üçün uydurma bir neçə qayda yaradıb, onları ayrı ayrı dillər durumuna gətirdilər. Ağzımızdakı ana südü qədər ağ olan Türkçəmizi bölüb, iyirmidən çox parçaya ayıran ruslar min illik təriqət və mədəniyyətimizi də korlamaq üçün əllərindən gələni etdilər.

Türk dünyası üzərində oynanan bütün oyunlar, Türklük günəşini hər gün biraz soldurdu. “Oba köçər, ənənəsi qalar” dedik, fəqət adətlərimiz də pozuldu. Qırğızıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan, Tatarıstan, Qaqauzya, Yakutıstan, Çuvaşıstan, Başqırdıstan...dakı Türklərin bir qismi Türk olmadığlarını söyləyənlərə inandılar və bunlar bu gün dünyada yaşayan 300 milyona yaxın soydaşından xəbərsiz yaşamağa başladılar. Bu yadlaşmalar nəticəsində Türk bölgələri “xarici ölkələr” halına gəldi. Fəqət həqiqəti Bilgə Xaqanın əbədi daşlarında axtaranlar, atamızın 1300 il əvvəl bizə belə səsləndiyini görəcəklərdi. “ Ey Türk ulusu, üstdə mavi göy çökmədikcə, altda yağız yer deşilmədikcə sənin elini və adətini kim poza bilər?”

Bütün ayrılıqlar, könüllərimizdəki Türklük eşqini soldurmadı, əksinə ürəklərimizdəki bu böyük atəşi daha da alovlandırdı. 90 cı illərin əvvəllərində soydaşlarımızın müstəqilliyə qovuşması ilə, müqəddəs Türk birliyinə qovuşacağımız gün xəyallarımızı bəzəməyə başladı. Bu gün sümürgəməklə məşğul dövlətlərin göz tikdiyi yurdlarımızı qorumağın və Türk adını min illər daha yaşada bilmək üçün gələcək nəsillərə daşıya bilməyin yeganə yolunun, bütün Türklərin aramızdakı müqəddəs qardaşlığın fərqinə varması və bu məqsədlə birləşməni təmin etməsi olduğu başa düşülməlidir. Bu ali ülkü, biz Türklər üçün gələcəyin açarı, yudlarımızın təhlükəsizliyi üçün Türk gücünün və müstəqilliyinin ilk addımıdır.

Türk dünyası içində yaşayan Türklər olaraq bəzilərimiz Oğuz, bəzilərimiz Qıpçaq boyundanıq. “Sən kimsən?” deyə soruşulduqda, qandaşlarımız “Türk mən” deyə cavab verib və adları Türkmən olaraq qalıb. Bəzilərimiz Göy Oğuzlardan gələn “Qaqauz” Türklərindənik. Oğuz Türkləri atları ilə Anadoluya gəliblər, lakin Qırğız Türkləri atlarını kəsib yedikləri üçün atalarımızın yurdu olan Tanrı Dağında qalıblar. Baş qurd bizik, Kazak yenə biz. Biz min dəfə ölüb, Ergenekonda min dəfə dirilən Göy Türklərik! Biz eyni qazanda bişən aş, eyni kökdə böyüyən böyük bir ağacın budaqlarıyıq.

Atalarımız Altayda yaşayıb, Ötükəndə savaşmışlar, İsık Göl qədər kımız (at südü) sağıb, Ala Dağlar qədər ət yığmışlar. Toylar tərtibləyib ana yurdu şənləndirmişlər. Fəqət vədə yetişəndə bir ölüb, bir dirilməyi də borc bilmişlər. “ Rahat yataqda ölmək əcəba olmaz mı çilə (əzab), qanlı sinir boyları bizə məzar olmalı” düşüncəsi ilə hərəkət edib, dəmir dağları əridərək, damarlarımızdakı əsl qanın bu günlərə qədər daşınmağına nail olmuşlar.

İndi, min illədir qoruyub saxladığımız adətlərimizi, dilimizi, soyumuzu, yəni bütün Türklük dəyərlərimizi gələcək nəsillərə eyni güclə və saf bir biçimdə çatdıra bilmək üçün, bu əsrdə yaşayan Türklər olaraq bizlərə çox böyük vəzifələr düşür. Əgər bir gün Tanrı Dağlarının təpəsində Oğuz Xaqanın otağına girib, onun otağında yaşayan Kürşad kimi neçə-neçə ərlərin önündə diz qoya bilməyi xəyal ediriksə, atalarımızdan aldığımız qurd başlı sancağı daşımaq haqqımız olar. Əgər Altayların başında ulayan bir qurd və ya ana yurdun üstündə süzən bir qartal olmaq istəyiriksə, əvvəlcə bir qurd qədər yol göstərici və bir qartal qədər kəskin baxışlı olmalıyıq.

Uca Tanrı, Türk dünyasındakı qardaşlıq bağlarının güclənməsinə və qardaşlığımızın gücü ilə Türklük ruhunu sonsuza qədər yaşada bilməyimizə yardım etsin.

Tanrı Türkü qorusun!


GökBörü
GökBörü
.::Tengri::.


.::Tengri::.


Bütün TÜRKlər qardaştır! Azerba10
Bütün TÜRKlər qardaştır! Gencat10
Bütün TÜRKlər qardaştır! Pro10
Yaş Yaş : 43
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Azerbaycan
Lakap Lakap : kaan
Doğum Tarihi Doğum Tarihi : 13/09/80
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Türk Ülküsü
İletiler: İletiler: : 1035
Üyelik Tarihi Üyelik Tarihi : 16/06/11
Bütün TÜRKlər qardaştır! Pro1010
Bütün TÜRKlər qardaştır! 617300
Bütün TÜRKlər qardaştır! Ile10

https://www.teknoloji-gunlugu.com/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz