¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR

Aşağa gitmek

BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR Empty BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR

Mesaj tarafından GökBörü Çarş. 12 Ara. 2012 - 0:03

Türkçü fikirləri, türkçülük uğrunda mübarizəsi və işləriylə tanınan Türkiyənin böyük şəxsiyyəti Hüseyn Nihal Atsız yazar, şair, tarixçi və ideoloqdur. Nihal Atsız, 12 yanvar 1905-ci ildə İstanbulda doğulmuş və 11 dekabr 1975-ci ildə vəfat etmişdir.
BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR 606m
Atsız Türkiyədəki hakimiyyətin Türkə pis baxdığı bir dövrdə yaşamışdır.

Bu dövr (1944-ci ildə) Rusiyadan qaçıb Türkiyəyə sığınan Azərbaycanlı Türkləri yenidən

Rusiyaya geri göndərərək ölümün qucağına atan bir hakimiyyətin dövrüdür.

Boraltan körpüsü kimi adı keçən bu hadisə türk tarixinə qara bir ləkə olaraq düşmüşdür.

“-Bu illər Türkiyədə Milli şef " dövrünün yaşandığı," Türk yurdunda Türkəm deməyin cinayət olduğu" bir dövrdür. 1944-ci ildə146 azərbaycanlı Rusiyadan qaçaraq Türkiyəyə sığınmışdır. Bunu eşidən Sovet hökuməti, bu kəslərin dərhal SSRİ-yə qaytarılmasını istəmişdir. Türkiyəyə sığınan soydaşlarımız, şübhəsiz özlərinin qəddar Rus əsgərlərinə geri veriləcəyini ehtimal belə etməyiblər. Çünki qardaşlarının, anayurddakı soydaşlarının yanına gələrək,özlərini etibarlı yerdəhiss ediblər. Lakin Milli Şefin Türklüyə və türkə olan düşmənliyi, burada da özünü göstərir. Türkü sanki soyqırıma göndərir.

SSRİ-dən gələn istək üzərinə nəzarətdəki əsgərlər təlaş içində Ankara ilə təmasa keçir vəTürkiyəyə sığınan soydaşlarımızın geri verilib verilməyəcəyi ilə əlaqədar məlumat almaq istəyir. Doğma qardaşlarının onlara qucaq açacağından əmin şəkildə Ankaradan gələcək cavabı gözləyirlər. Ankaradan gələn cavab isə hər kəsin tüklərini ürpərdir:

- "Əsirləri dərhal qaytarın!”Sığınma üçün gələn azərbaycanlılara "Əsir rəftarı edilir və geri qaytarılması təlimatı verilir"

Bu qorxunc cavab, hər kəsdə bir qorxu və qarışıqlıq doğurur və Ankaranın cavabı təkrar istənir. Lakin nəticə eyni: "ölkələrinə qaytarın!"

Azərbaycanlılardan biri bu cavab qarşısında:"Lütfən bizi o qəddar düşmənlərə təslim etməyin, bizi siz öldürün. Öz vətənimizdə, öz bayrağımızın altında ölmüş olarıq."-desələr də, polis bölməsi komandiri içi qan ağlaya-ağlaya 146 əsir TÜRKÜ yenidən Sovet Rusiyasına, Türkün müstəqilliyə həsrət qaldığı soysuz yerə, təslim etmək məcburiyyətində qalır. Ruslara çətinliklə təslim olan 146 Türk övladı, dərhal əlləri ayaqları bağlanaraq orada BORALTAN körpüsünün üzərində Türk əsgərlərinin gözləri qarşısında güllələnərək şəhid edildilər.”

Atsız belə bir dövrdə yaşayan Türkçüdür.

Türkiyənin kommunizm, siyasi islamçılıq və etnik irqçiliyinin separatçılıq fəaliyyətləri kimi zərərli axınlardan təsirləndiyi və Türklüyün bu üç cəbhəyə qarşı döyüş verdiyi bir mühitdə, yaşayan Atsız - Türk Milləti olaraq varlığımızı qorumaq yolununda mübarizə aparmış və həyatının sonuna qədər Türkçülük idealı ilə yaşamışdır.

Xarici fikirlərə qarşı Türkçülüyü müdafiə edən Atsız fikirlərindən ötrücinayət törətdiyi səbəbi ilə mühakimə olunmuşdur. Eyni zamanda Türkçülüyün də mühakimə olunduğu gün olan 3 may 1944-cü il, tarixə 3 May türkçülük hadisələri olaraq keçmişdir.

Bax bu "3 May" günü, Atsız Bəyin də istəyi ilə 3 May 1954-cü il tarixindən etibarən "Türkçülər Günü"olaraq xatırlanmağa başlanır.

Atsızın bəlkə də ən böyük xüsusiyyəti, dönməzliyi və qərarlı bir duruşa sahib olmasıdır. Yaşadığı pis hadisələr onu qorxutmaq yerinə, onun mübarizəsinə güc qazandırmışdır.

Onun içindəki türklərin birliyini arzulamaq sevgisi, heç də bir “saplantı” deyil, türklərə - türkçülüyə bağlılığının nümunəsidir.

Bütün həyatı boyunca, böyük Türk qəhrəmanı Kürşad ilə Tanrı dağında görüşəcəyi günün həsrətilə yaşayan Atsız, ona çatacağı yolda Türklüyü yolunda güzəştə getmədən yaşamış böyük bir insandır.

Atsız bir çox şeir, məqalə və kitab müəllifidir.

Fikirlərindən və yazılarından ötrü 15 ay həbs cəzası alır. Daha sonra cəzası prezident tərəfindən əfv edilsə də, 2 ay yarım həbsxanada qalan Atsız, 10 dekabr 1975-ci ildə ürək sarsıntısı keçirmiş, lakin həkim onun ürək xəstəsi olduğunu anlaya bilməmişdi. 11 Dekabr 1975-ci ildə keçirdiyi ikinci ürək sarsıntısı nəticəsində vəfat etmişdir.

Ruhu şad olsun

İnternetxeber.com
GökBörü
GökBörü
.::Tengri::.


.::Tengri::.


BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR Azerba10
BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR Gencat10
BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR Pro10
Yaş Yaş : 43
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Azerbaycan
Lakap Lakap : kaan
Doğum Tarihi Doğum Tarihi : 13/09/80
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Türk Ülküsü
İletiler: İletiler: : 1035
Üyelik Tarihi Üyelik Tarihi : 16/06/11
BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR Pro1010
BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR 617300
BU GÜN MƏŞHUR TÜRKCÜ N.ATSIZIN ÖLÜM GÜNÜDÜR Ile10

https://www.teknoloji-gunlugu.com/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz