¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti

Aşağa gitmek

Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti Empty Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti

Mesaj tarafından İlteriş Kağan Perş. 26 Ara. 2013 - 10:55

Təbrizdə Milli Hökümətin Mərkəzi Komitəsinin Binası Qarşısında Güney Azərbaycan Mili hökümətinin başçısı Seyid Cəfər Pişəvərinin çıxışı
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Əziz həmvətənlər!

Azərbaycan xalqının tarixi günlərindən biri yenə başlandı. Keçən il həmin gecədə Tasua axşamı Azərbaycan xalqı öz varlığını isbat edib özünü bütün dünyaya tanıtdırmağa imkan tapdı. Bu bir ilin ərzində Azərbaycan xalqı tarix boyu azadlıq məşəldarı oluduğunu isbat etdi. Biz bu az müddətdə çoxlu işlər görüb sabit etdik ki, azad bir xalq hər işi görə bilər. Xalqımız hansı təbəqədən olursa - olsun sarsılmaz bir vəhdət təşkil verməklə o köhnə və çürümüş təşkilatın məhkum olmasını sübuta yetırdı. Keçmişdə farsların şum siyasətlərin əsərində xarabazara dönmüş şəhərimiz abadlaşıb, milli müəssisələr vücuda gəlib və xalq öz müqəddəratına hakim olmuşdur. Beləliklə indi xalqımız özünü azad və xoşbaxt hesab edir. Nəzərə aldığı islahatı özü istədiyi kimi həyata keçirir. Biz öz dilimizdə mədrsə, mətbulat və böyük mədəni ocaqlar vücuda gətirmişik. Bu, möcüzə dir. Biz çox böyük işlər görə bilərdik, lakin bizim azadlığımızdan vəhştə düşən iran mürtəceləri bizi aldatdılar, dedilər ki, biz istəyirik hər yerdə azadlıq olsun, sizin azadliğızı bütün İranda ümumiləşdirək. Səkkiz ay bizi mətəl etdir. Səkkiz ay bizi yalan yerə dolandırdılar. Biz bilirdik ki, onlar yalan deyirlər, lakin dedik ki, qoy onların yalanları bütün dünyaya sabit olsun. Səkkiz ay yalan danışdıqdan sonra, indi bizim azadlığımizi süngü gücü ilə almaq istəyirlər. onlar fəramuş etmişlər ki, Azərbaycan xalqı daha əsarətaltına getməyəcək. (alqışlar)

Azərbaycan xalqı çox çətinliklər görmüş və çoxlu zülm və təhdidilərə məruz qalmışdir. Lakin heç vaxt öz şəhamətini əldən verməmişdir. İndi onlar bizi iki məsələ qarşısında qoymuşlar: Onlar istəyirlər buraya təminiyə qüvvəsi adi altında azadlığımızı əzmək üçün cəllad jandarm qüvvələrini varid etsinlər və ya Azərbaycan xalqı məclisə nümayəndə göndərməkdən məhrum olsun. Bu iş olmayacaqdır. Azərbaycan xalqı öz azadlığını əldən vermiəcəkdir. İndi Azərbaycan kəndliləri öz yerlərini dalı qaytarmaz. (alqışlar ) Kəndlilərin qanını soran mürtəcelər və İran jandarmları daha buraya ayaq basa bilməzlər. Xalqımız yenidən əsarət altına getməcəkdir. Onların qoşunlarını idarə edib onlara fərman verənlər irticai bir mahiyətə malikdırlər. Lakin Azərbaycan qoşunu və onu idarə edənlər azadlıq qoşunu və azadlıq mübarizəsində doğulmuş fərmandehlərdən ibarətdir və buna görə də irəli gedib onları darmadağın edəcəklər...(alqışlar ) Azərbaycan xalqının hər bir üzvü bir əsgərdir. Onların öz Firqələrinə, öz azadlıqlarına əlaqəsi vardır və hər qiyamət qopsa da, ondan difa edəcəklər. İran dövlətinin Zəncanda törətədiyi cinayətlər nacəvanmərdana cinayətlərdır. Sizin yadınızdadır ki, dövlət qüvvələri bizə təslim olduqdan sonra onların bizə etdikləri təcavüz, təhdid və zülmlərinə baxmayaraq bütün əfsərlərin paralarını, ev əsasiyələrini verib, onları ehtiramla yola saldıq. Onların getmək vəsayilin fərahəm etdik. Lakin onlar Zəncanda əsləhəsiz əhalini öldürüb, uşaqları boğub ayaqları altına saldılar. Cavan qızların namusunu hətk etdilər, ruhanilərin əmmamələrini boğazlarına sarıyıb küçələrdə sürüdülər... Onların hökuməti çürümüş və cinayətkar bir hökumətdir. O hökumət gərək aradan getsin. Biz onun yerində milli hakimiyyət yaradacağıq. (gurultulu alqışlar)

Əziz həmvətənlər!

Tarix bizim boynumuza ağır bir vəzifə vermişdir. Azərbaycan əsgərləri və Fədailəri indi soyuq gecələrdə dağlarda, çöllərdə, sizin azadlığınızın keşiyini çəkirlər. Siz də onlara kömək etməyə çalişin (yerdən gələn səslər: hazırıq, kömək edəcəyik). Bundan sonra bütün Azərbaycan xalqı azadlığı həyata keçirmək uğrunda amansız mübarizə aparacaqdır. Xalq gərək bir milli varlıq olaraq yaşasın. Bütün təbəqələr irtica əleyhinə birlikdə mübarizə etməlidirlər. Biz şərəflə yaşayacağıq. Ölümə hazır olmayan bir millət azad yaşaya bilməz. Bizim xalqımız qəhraman bir xalqdır. O düşməndən qorxmur. Düşmənlər xalqımızın qarşısında diz çöküb təslim olacaqlar. (alqışlar)

Siz unutmayın ki, Səttarxan bir az iddə ilə qiyam etdi. Azadlığımızı hifz etmək üçün bizim bir sarsılmaz qüvvəmiz, geniş bir təşkilat və ona rəhbərlik edən möhkəm və inanılımş bir Firqəmiz vardır. Bununla belə heç bir xətər yoxdur. Fədailərimiz, əsgərlərimiz və əgər lazım olarsa mərkəzi komitə üzvlərimiz də sizdən difa edəcəklər. Əmniyət heç vəch ilə pozulmayacaqdır. Mən keçən il qiyam etdiyimiz zaman dedim ki, xalqın malına təcavüz etmək fikrində olanlar əvəllcə bizim cənazələrimizin üzərindən keçməlidirlər. Necə də ki,gördünüz heç bir əmniyətsizlik zahirə çıxa bilmədi. Mən yenə deyirəm ki, heç bir əmniyətsizlik olmayacaqdır. Əmniyyəti pozanlara hər kəs olur - olsun bir zərrəcə də rəhm etməyəcəyik.
Yaşasın səngərlərdə azadlığımızın keşiyin çəkən qəhraman Fədailərimiz!
Yaşasın xalqımızın dili, tarixi və milli xüsusiyyətləri!
Yaşasın azadlıq və onun həqiqi tərəfdarı olan Azərbaycan milləti!
İlteriş Kağan
İlteriş Kağan
Yazışmalık Yöneticisi


Yazışmalık Yöneticisi


Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti Turkey10
Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti Gencat10
Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti Pro10
Yaş Yaş : 42
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Turan
Lakap Lakap : ©ﻕΞתς яΞiS
Doğum Tarihi Doğum Tarihi : 01/10/81
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Hepsini Okudum
İletiler: İletiler: : 5563
Üyelik Tarihi Üyelik Tarihi : 06/01/09
Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti Pro1010
Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti 290407


Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti Ile10

https://ilteris.forum.st/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz