Türkmənistan: yeni ilə - yeni islahatlarla
1 sayfadaki 1 sayfası
Türkmənistan: yeni ilə - yeni islahatlarla
Turkmənistan yeni, 2009-cu ili yeni islahatlarla başlayıb. Elə Yeni İl axşamı, ilk dəfə olaraq, yeni milli himn səslənib ki, himnin sözlərində mərhum prezident Saparmurat Niyazov və yaxud Türkmənbaşının adı çəkilmir.
Yeni himndə deyilir ki, "ölkənin damarlarında türkmən əcdadlarının qanı axır". Əvvəlki himndə isə Türkmənbaşı tərənnüm olunurdu.
Ölkədə həmçinin yeni bank əskinazları və sikkələr tətbiq olunub. Türkmənbaşının təsviri yalnız ən böyük əskinazın üzərində qalır.
Hökumət köhnə pul vahidindən 3 sıfrı da aradan götürüb.
Hökumətin dediyinə görə, bunda məqsəd - qiymətlər sistemini sadələşdirmək və ölkədə yeni bazar iqtisadiyyatını tətbiq etməkdir.
Ötən ilin aprel ayında hazırkı prezident Qurbanqulu Berdımuxamedov təqvimi dəyişmişdir.
Türkmənbaşı dövründə aylar və günlər Niyazovun qohumlarının adı ilə adlandırılırdı.
Ölkədə həmçinin parlamentin səlahiyyətlərini artıran yeni Konstitusiya tətbiq edilib.
Parlamentin özündə millər vəkillərinin sayı, demək olar ki, iki qat artırılıb.
Bununla belə, Türkmənistan hələ də kənar dünya üçün xeyli qapalı bir ölkə qalmaqda davam edir.
21 il hakimiyyət başında qaldığı dövrdə mərhum Niyazov ölkədə opera və sirki qadağan etmiş, hər yerdə özünə heykəllər ucaltmışdır.
Similar topics
» Bir sürü yeni vergiyi içeren yeni vergi tasarısı Komisyondan geçmiş
» ABD'den yeni harita skandalı
» Amerika’nın yeni planı
» Deniz Feneri'nde şok Yeni gözaltılar
» Yeni osmanlı ile aldatanlar
» ABD'den yeni harita skandalı
» Amerika’nın yeni planı
» Deniz Feneri'nde şok Yeni gözaltılar
» Yeni osmanlı ile aldatanlar
1 sayfadaki 1 sayfası
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz