¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Türkiyə Güneyə inanırmı?!

Aşağa gitmek

 Türkiyə Güneyə inanırmı?!  Empty Türkiyə Güneyə inanırmı?!

Mesaj tarafından İlteriş Kağan C.tesi 9 Ekim 2010 - 8:43

Güney Azərbaycanın müstəqil dövlət olmasıyla Türkiyənin başı üstündə əsən təhlükə küləkləri böyük ölçüdə aradan qalxa biləcəkdir. Bunu Türkiyənin stratejik araşdırma mərkəzlərinin hər tərəfli dəyərləndirməsini arzu edirik.

Son günlərdə Türkiyənin dövlət tele-radio kanalı olan TRT-nin rəsmi internet sitəsində yeni bir pəncərənin açılışına tanıq olduq. [Linkleri görebilmek için üye olun veya giriş yapın.][/url] adressilə açılan bu pəncərənin yöntəmi 35 milyonluq Güney Azərbaycan türklüyüdür. Yazılarının bütünlüklə ərəb alfabetilə olması və tanıtım adları sırasında Türkçe və Azərbaycanca sözcüklərindən fərqlı olaraq تورکجه formasında yazılması, habelə yazı oxunuş ağızının Güneyə yaxın olması bu səhifənin ilk özəlliyini oluşdurmaqdadır.

Sözsüz ki, bu xəbərın təməlində çoxdan gözlənilən bir sevinc vardır. Özəlliklə, xəbərin Türkiyənin birinci və dövlət mediyasına aid olması çox önəm daşımaqdadır. Qardaş Türkiyə dövlətinin Güneyə hərəkatı qarşısında tutduğu çəkimcəl siyasətini gözə alaraq TRT tərəfindən bu açılımın ən azından ümidverici olduğunu inanmalıyıq. Türkiyənin Güneylə bağlı görünən bu olumsuz tablosunu gözdən qaçırmasaq da, ortada olan minlərcə tarixsəl ortaqlığa da göz yummaq olmaz! Bu üzdən, Güneyin Türkiyə üçün daha fərqlı anlam daşımasının danılmaz bir fakt olmasını qəbul etməyimiz gərəkir. Türkiyə və Azərbaycanda yaşayan insanlar, min illərcə vahid impratorluqların çeşidli qolları vəya eyn soyu paylaşan özəl dövlətlərin çatısı altında olmuş və olmaqdadırlar. Eyni dili, kültürü və siyasi taleyi yaşayan Azərbaycan və Türkiyə vətəndaşları, böyük türk kültür və milli-siyasi gələnəklərin batı və güney batı qolları olmuşdur. Türkiyə Azərbaycan üçün, Azərbaycan isə Türkiyə üçün heç zaman etgisiz olmamışdır. Azərbaycan-Türkiyə arasında yaşanan bütün tarixsəl acı-dadlı olayları gözə alaraq Güneydə gedən bütün milli həyəcanların Türkiyədə duyulması çox normal və doğaldır. Ancaq, deyildiyi kimi, Türkiyənin Azərbaycanın əsarətdə qalan bölgəsinə (Güneyə) qarşı mühafizəkarca davranışlarının məntiqdən uzaq olmasını da savunmaq olmaz. Çünki, dünya çapında olan dövlət ilişgilərini və bölgədəki qonşu diplomatiyasını gözdən qaçırmaq doğru deyildir. Sözsüz ki, İran adlanan dövlətin fondamental və farsçı sisteminin dünya görüşündə diplomatik və qonşuluq anlayışını axtarmaq əbəs çabadır. Tehran rejimi üçün yalnız imha siyasəti hakimdir. Türkiyə, öz doğma Azərbaycanını tanıdığı kimi, farsçı rasit rejimi də dərindən tanıyır. Belə olan halda, ortaya atılan bir sorğu oluşmaqdadır.

Doğrudan da Türkiyənin Azərbaycanın Güneyinə olan özəl və özgün baxışı olumlu yönə çəkilməkdədirmi?

Şübhəsiz ki, bu haqda önyayğılı olmaqdan qaçınmaq gərəkir. Ancaq, Güneyin gündən-günə dərinləşməkdə olan milli-siyasi hərəkatının Türkiyə üçün də həyatı məsələ olmasını gözdən qaçırmaq olmaz. Türkiyə dövləti, hər gün böyüdükcə, kiçilmək təhlükəsini də yaşamaqdadır. Güney Azərbaycanın müstəqil dövlət olmasıyla Türkiyənin başı üstündə əsən təhlükə küləkləri böyük ölçüdə aradan qalxa biləcəkdir. Bunu Türkiyənin stratejik araşdırma mərkəzlərinin hər tərəfli dəyərləndirməsini arzu edirik. Avrasiya bölgəsinin böyük ölçüdə dəyişmə siqnalları gün getdikcə reallaşmaqdadır. Türkiyə və İran adlanan dövlətin bu dəyişimdəki payı daha çoxdur. Güney Azərbaycan Milli Hərəkatının bu dəyişimdəki rolu açar roludur. Bölgənin gələcəyinə vurulacaq damğanın nə olduğunu Türkiyə və farsçı rejimin stratejik mərkəzləri çox gözəl başa düşürlər. TRT-nin rəsmi sitəsində Azərbaycanın Güneyinə özəl səhifə açılmasının da bir səbəbinə bu açıdan baxmaq olar. Umarıq bu haqda, Türkiyənin daha dərin və anlamlı addımlarına tanıq olaq. İran adlanan dövlətçilik sistemi, qondarma və millətləri danma cəhaləti üzərində qurulduğuna görə dağılacaqdır. Bunu bütün dünya inanmaq zorundaysa, Türkiyə nədən inanmasın! Türkiyənin bu haqda çoxdan hazırlıq keçirməsi gərəkirdi. Daha gec olmadan bu haqda ötkəm davranışlar gərəkir.

Bilindiyi kimi İran adlanan dövlət fondamental və şovinist sistemi içində çağdaş, demokratik, özgür və əyləncə yüklü televiziyo verlişlərinə rastlamaq mümkün deyildir. Bu üzdən ilk olaraq Azərbaycan bölgələrində, sonra isə Farsistanın yayğınlığında Türkiyə telekanallarının izlənməsi geniş forma almışdır. Sözsüz ki rejim üçün bu bağışlanmaz suçdur. Ancaq, rejimin bütün kəsdi-basdılarına baxmayaraq Türk kanallarının seyrici alanı hər gün artmaqda dəvam edir.

Bİz, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq, TRT-nin bu yerindəki işini alqışlayır, bu qonuda özəl uzmanlardan yararlanaraq Güney Azərbaycanın gündəlik gərçəklərini dünyaya yaymaqda daha da ardıcıl özən göstərməsini ümid edirik.

Güney Azərbaycan Qurtuluş Partiyasının sözçüsü
Eldar Qaradağlı

[Linkleri görebilmek için üye olun veya giriş yapın.]
İlteriş Kağan
İlteriş Kağan
Yazışmalık Yöneticisi


Yazışmalık Yöneticisi


 Türkiyə Güneyə inanırmı?!  Turkey10
 Türkiyə Güneyə inanırmı?!  Gencat10
 Türkiyə Güneyə inanırmı?!  Pro10
Yaş Yaş : 43
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Turan
Lakap Lakap : ©ﻕΞתς яΞiS
Doğum Tarihi Doğum Tarihi : 01/10/81
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Hepsini Okudum
İletiler: İletiler: : 5564
Üyelik Tarihi Üyelik Tarihi : 06/01/09
 Türkiyə Güneyə inanırmı?!  Pro1010
 Türkiyə Güneyə inanırmı?!  290407


 Türkiyə Güneyə inanırmı?!  Ile10

https://ilteris.forum.st/

Sayfa başına dön Aşağa gitmek

 Türkiyə Güneyə inanırmı?!  Empty Güney Azerbaycan Urmu şeherinde qanlı çatışma devam edir!

Mesaj tarafından İlteriş Kağan C.tesi 9 Ekim 2010 - 8:44

Güney Azərbaycan Urmu şəhrində qanli qarşi durmalar 3 saata yaxindir dəvam edir.

Gaip muxbiri Urmudan xəbər verir ki bugün axşam saatlarinda Urmu şəhrinin kaşani xiyavninda oyrənci yataxanəsinin önundə qanli toquşmalar yaşanir.Olay belə başlib ki Urmu türk soydaşlarimizdan biri öz maşinilə yataxhanenin önundən geçerkən fars oyrənciləri surucu soydaşimiza xitabən (türk xər -eşşek türk ) diyiblər; bu məsələdən narahat olan soydaşlarimiz bu məsələyə tebki göstərçə başlarkən yataxanə fars oyrenciləri soydaşimizin arabasina saldiraraq camlarina və maşina ağir xesaretlər vurmuşlar .Bu məsələni görən millətimiz həmin soydaşimizin yardimna gəliblər və toqquşma genişlənib ; bu dəqiqələrə kimin hala olaylar devam etməkdədir və 3 nəfər ağir yarali olaraq xəstəxanaya qaldirilib. Qeyd edək ki kaşani xiyavani halən ağir tirafik içindədir.

[Linkleri görebilmek için üye olun veya giriş yapın.]

[Linkleri görebilmek için üye olun veya giriş yapın.]
İlteriş Kağan
İlteriş Kağan
Yazışmalık Yöneticisi


Yazışmalık Yöneticisi


 Türkiyə Güneyə inanırmı?!  Turkey10
 Türkiyə Güneyə inanırmı?!  Gencat10
 Türkiyə Güneyə inanırmı?!  Pro10
Yaş Yaş : 43
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Turan
Lakap Lakap : ©ﻕΞתς яΞiS
Doğum Tarihi Doğum Tarihi : 01/10/81
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Hepsini Okudum
İletiler: İletiler: : 5564
Üyelik Tarihi Üyelik Tarihi : 06/01/09
 Türkiyə Güneyə inanırmı?!  Pro1010
 Türkiyə Güneyə inanırmı?!  290407


 Türkiyə Güneyə inanırmı?!  Ile10

https://ilteris.forum.st/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön


 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz