Prof. Zəki Vəlidi Toğan Məhəmməd Əmin Rəsulzadə haqqında
1 sayfadaki 1 sayfası

“Vaxtsız ölümü ilə hamımızı matəmə qərq etmiş mərhum Əmin Bəyin haqqında mən də xatirələrimi bölüşmək istəyirəm.
Biz Rusiya əsiri Türklər, 1917-ci il inqilabına qüvvətli və olgun bir zümrə olaraq girdik. Bunu təmsil edən Əmin Bəy oldu.
Rusiyada inqilab başladıqdan sonra “Azərbaycan Türk Ədəmi Mərkəziyyət “Müsavat” partiyasının proqramı bizə gəldi. Əmin Bəyin bir məktubu da var idi. Əmin Bəyin göndərdiyi proqram və məktub Peterburqda bir bomba kimi partlamışdı.
Daşkəndə gedirdim. Əmin Bəyə bir məktub yazaraq, Daşkənddə toplanacaq Müsəlman Konqresinə proqramı müdafiə etmək üçün bir neçə dost göndərilməsini rica etdim. Üç adam göndərdi. Bir məktub da yazmışdı. Çox uzaq görən olduğunu o zaman anlamışdım. Bu məktubda rus olmayan istiqlalçı millətlərlə bərabər yürümək lazım olduğunu işarə edən Əmin Bəy: “Bizim Türklük davamızla birlikdə bir də Qafqaz məsələsi vardır. Onsuz edə bilmərik. Məsələ Rusiyanı parçalamaqdan ibarətdir. Ondan sonra biz bir-birimizi qeqtaparıq!” deyirdi.
Bu məktub 1917-ci ilin mart ayında yazılmışdı. 15-20 gün sonra Daşkənddən Moskvaya gəldik. Orada toplanan Ümumrusiya Müsəlmanları Konqresinə Azərbaycanlı Əli Mərdan Bəy Topçubaşı başçılıq edirdi. Əmin Bəy danışırdı. Bütün Konqresə azərbaycanlıların hakim olduğu görülür və Azərbaycan liderlik edirdi. Əmin Bəy sıx-sıx alqışlanan həyəcanlı danışmaları 700 nəfərlik konqres nümayəndəlirndən 600-nü onun proqramı ətrafında birləşdirdi. Əgər 700 nəfər içərisində Əmin Bəy və dostları olmasaydılar, konqres istiqlal və muxtariyyat tezisinə rəy verməzdi. Əmin Bəyin çıxışları və müdafiələrini də özündə ehtiva edən konqresin müzakirələri Musa Carullah tərəfindən nəşr olunmuşdur. Ayrıca Əmin Bəyin nitqi bir qırğız şairi tərəfindən nəzmə çəkilmişdir.
Mənbə: “M.Ə.Rəsulzadə-Ankara 1955″ kitabı

Similar topics
» Türk Dünyası Aydınlarından Ord. Prof. Dr. Ahmet Zeki Velidi Togan`ın H
» Türkün nəğməsi / Məhəmməd Hadi
» TÜRK KİMDİR.? Prof. Dr. Kazım Mirşan
» Kürt var, Türk yok ha?... Prof. Dr. Namık Açıkgöz
» Prof.Dr. Abdulkadir İnan şamanizm ve eski Türk dini
» Türkün nəğməsi / Məhəmməd Hadi
» TÜRK KİMDİR.? Prof. Dr. Kazım Mirşan
» Kürt var, Türk yok ha?... Prof. Dr. Namık Açıkgöz
» Prof.Dr. Abdulkadir İnan şamanizm ve eski Türk dini
1 sayfadaki 1 sayfası
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz