¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy

Aşağa gitmek

20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy Empty 20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy

Mesaj tarafından GökBörü Ptsi 4 Şub. 2013 - 11:50

20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiyi soyqırımlar

İsveçlə Rusiya arasında 1721-ci ildə barış bağlaşmasının imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsulmanlardan ibarət olan yerli camaatın narazılığını və dirənişini görən I Pyotr öz planlarını hayata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı ve Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini önəmli sayırdı. Özülü I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları gerçəkləşdirirdi. 1768-ci ildə II Yekaterina ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı məktubunda yazırdı: "Ne olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır". Tarix boyu dövlətləri olmayan ermənilər özlərinə dövlət yaratmaq üçün Rusiyanın sömürgə siyasətininin gerçəkləşməsində arac rolunu oynadılar.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Kütləvi repressiyaların qanlı tarixi
Rusiya ilAzerbaycan arasında gedən iki savaşın ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) ve Türkmənçay (10 fevral 1828-ci il) bağlaşmaları Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın quzeyinin işğalına gətirib çıxarmışdır. Türkmənçay bağlaşmasından dərhal sonra imperator I Hikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə görə o zaman 7 min 331 türkün və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə görə Azərbaycandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana toplumsal biçimdə köçürülməsinə başlanılır. Bunun da sonucunda həmin ərazilərdə oturuşmuş türklər öz yurd-yuvalarından məhrum edilir. Anoloji proses Türkiyə ilə aparılan savaşların (1828-1829, 1877-1878) sonunda da gerçəkləşdirilib. Belə ki, tarixi qaynaqlara görə 1829-1830-cu illərdə Qafqazda (Haxçıvan, Qarabağ, İrevan) 40 min Azerbaycan, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib. XIX yüzilin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Erməənistan" kimi millətçi, şovinist ideyasını gerçəkləşdirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən xaricdə "Qaçaq" (1887, Cenevre), "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Hyu-York) təşkilatı yaradılır. Butün bu çabalara baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası türklərin sayına görə, Bakı ve Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 türk yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı olaylar göstərdi ki, belə bir durum Azərbaycan xalqının tarixində faciələrin davamına nədən olub.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

1905-1907 illər Rusiyada gedən inqilab sürəclərindən yararlanan ermənilər 1905-1907-ci illərdə amaclı milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Üçkilsə, Cavanşir və Qazaxda türklərin yurd-yuvalarından qovub çıxarmışlar. 1905-1906 illər İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 türk köyünü ermənilər talan ediblər. Yazıqlar olsun ki, tarixi qaynaqlarda o illərin olaylarını özündə göstərən çox az sayda sənəd qorunub saxlanıb. Lakin bu olayların baş verməsini dəliləyən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Hevvabın "1905-1906-cı illərdə erməni-müsulman müharibəsi" kitablarında öz əksini tapıb. Həmin kitablarda danışılan olaylar o zamanın mətbu nəşrləri, şahid söyləmələri əsasında hazırlanıb. 1918-1920-ci illər Statistik bilgilərə demək olar ki, 1905-1907-ci illərdə olmuş olaylardan sonra türklərə qarşı toplumsal repressiyalar gizli biçimdə yapılıb. 1916-cı ilin bilgiləri göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-den 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində türklərin sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir örnək, əgər 1886-1897-ci illərdə əhalinin son artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu say toplam 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu saylar çar Rusiyasının yönətimi dönəmində erməni nasistlərinin şovinist siyasətinin hayata keçirməsindən, "Türksüz Ermənistan" planının gerçəkləşdirməsi yönündə türklərin qovulmasından soraq verir.
Birinci dünya savaşından sonra Rusiyadakı durumdan yararlanan ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında çatmağa çaba göstərirdilər. Bakı komunnası əksinqilabi elementlərlə dirəniş şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan türklərin çıxarılması amacını güdən cinayətkar planın gerçəkləşdirilməsinə başlayır. O günlərdə ermənilərin etdiyi cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli kimliyinə görə minlərlə dinc Azərbaycan türkü məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar milli arxitektur xəzinələri, məktəbləri, xəstəxanaları, məscidləri və digər tikililəri dağıdır, türklərə qarşı soyqırımı çox özəl bir qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirirdilər. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış milli abidələri məhv edilmişdir. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min türkü qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 30 minə yaxın türk özəlliklə amansızlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış , 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122 (türklərlə birlikdə burada yaşayan yəhudilər də qırğına məruz qalmışdır), Qarabağın dağlıq bölgesində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Kars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə baxmadan qetliam hayata keçirilib. İrəvan türklərinin çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("əməkçi") qəzəti, 231, 2 noyabr 1919-cu il) göstərilirdi ki, türklərin bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd (köy) dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin başqanı F.X.Xoyskinin dış işlər naziri M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün dartışmalara son qoymuşuq. Onlar ultimatumu alqışlayıb savaş ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Zaqafqaziyada 3 suveren respublikanın yaranması və müttəfiqlərin yardımı ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min türk, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili boyutunda olur. Bununla qane olmayan ermənilər heç bir şeyi aldırmadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azerbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının güney bölgəsinə də iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə (kəndilərinə) birləşdirmək çabası Gürcüstanla savaşa (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı dirənişə gətirib çıxarır. Hansı ki, sonucda mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
1918-1920-ci illər Toplumsal repressiyalar sonucunda indiki Ermənistan ərazisində yaşayan 575 min türkdən 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin bulunması ilə "sovetleşmə təhlükəsindən birgə qorunma" konusunda keçirilən konfransda ermənilr bəyan edirlər ki, onlar heç zaman var olan ərazi ilə yetinməyəcəklər və iş birliyindən qaçırlar. Buradan belə sonuca varılır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Novruz bayramı günü Şuşada, sonradan isə Əsgəran, Xankəndidə aktiv çıxışları onların Moskva ilə ilişgiyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hakimiyyətini qurmaq istəyindən irəli gəlirmiş. Ermənilərin bolşeviklər qarşısında etdikləri xidmətlər çox keçmir ki, dəyərləndirilir. Sovet Azərbaycanının o zamankı rəhbəri Nəriman Nərimanov Mokvanının təzyiqlərinə dözməyib 1920-ci il dekabrın 1-də "Zəngəzur və Naxçıvanın ümumi sahəsi 9 min kvadrat metr olan bir sıra ərazilərinin Sovet Ermənistanının tərkibinə verilməsi haqqında" deklorasiyaya imza atır. Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist amaclarına çatmaq üçün beynəlxalq hüquq normalarını aldırmadan bütün olumlu araclar və metodlardan yararlanıblar.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Siyasi-hüquqi dəyərləndirmə
Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart olaylarına, türklərin ermənilər tərəfindən məhv edilməsi məsələsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-de Nazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin araşdırılması və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və digər erməni cinayətləri ilə bağlı beynəlxalq toplumu bilgiləndirmək amacıyla ADR Dış İşlər Nazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və türklərin soyqırımına məruz qalması məsələsinin hüquqi-siyasi dəyərləndirilməsi işini başa çatdırmadan süquta uğradı. Bu məsələyə bir də Azerbaycan öz bağımsızlığına qovuşduqdan sonra qayıtmaq mümkün oldu..
GökBörü
GökBörü
.::Tengri::.


.::Tengri::.


20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy Azerba10
20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy Gencat10
20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy Pro10
Yaş Yaş : 43
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Azerbaycan
Lakap Lakap : kaan
Doğum Tarihi Doğum Tarihi : 13/09/80
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Türk Ülküsü
İletiler: İletiler: : 1035
Üyelik Tarihi Üyelik Tarihi : 16/06/11
20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy Pro1010
20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy 617300
20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy Ile10

https://www.teknoloji-gunlugu.com/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz