¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars

Aşağa gitmek

Kurt. Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars

Mesaj tarafından İlteriş Kağan Paz 9 Ocak 2011 - 3:55

Ermənilərin Ilk Dəfə Şərqi Anadolu, Kars, Ərzurum Və İran Ərazisindən Azərbaycanın Dağlıq Qarabağ Ərazisinə Köçürülməsi (1828) Şərəfinə Ucaldılmış (1978) «Marağa 150» Abidəsi.

Məlum olduğu kimi, 15 ildən artıqdır ki, torpaqlarımızın 20 %-ni işğal etmiş. Ermənistana və onu dəstəkləyən qara qüvvələrə qarşı siyası mübarizə aparılır və
bu məsələnin sülh yolu ilə həll olunmasına çalışılır.

Lakin, hər şeydən əvvəl bununla bağlı unudulmamalı, bir məsələni göstərmək lazımdır.
Qafqazda kiçik bir bölgə olan Dağlıq Qarabağla bağlı hərbi-siyasi hadisələr Rusiyada və bir çox ölkələrdə təbliğ olunduğu kimi adi bir «ərazi bölüşdürülməməzliyi» məsələsi deyildi. Bu ermənilərin artıq yüz illərdən bəri İslamiyyətə qarşıErmənilərin ilk dəfə Şərqi Anadolu, Kars 67180_10
kini və nifrəti əsasən Azərbaycanın və Türkiyənin torpaqlarının üzərindəki iddiaları imiş. Onların bu mübarizənin əsasında daim «Böyük Ermənistan Dövləti»

yaratmaq istəkləri durub. Onlar bu istəklərini «tarixi faktlar»a əsaslandırırlar. Güya, «Böyük Ermənistan» bir çox əsrlər müddətində dənizdən (Xəzər dənizindən) dənizə qədər (Qara dənizə qədər) böyük bir sahəni əhatə etmişdir. Hələ, bu azmış kimi xəritədə Dəclə və Fərat çayına qədər olan ərazilərin də, onlara məxsus olunduğunu iddia edirlər.
1921-ci ildə Dağlıq Qarabağın və Naxçıvanın Azərbaycana birləşdirilməsinin, heç bir çərçivəyə sığmadığını və bu bölgələrin Stalinin türklərə bir «hədiyyəsi» olduğunu iddia edirdilər. Təbii ki, bunlar tamamilə yanlış fikirlərdir, elə təkcə Stalini nəzərə alsaq görərik ki, 1921-ci ildə Stalin hələ iqtidarda deyildi, ona görə də onun elə də bir vacib səlahiyyəti yox idi.
XIX əsrin əvvəllərində Qarabağ 17 mahaldan ibarət idi. Onun 12-də əsasən türklər yaşayırdı, 4 min nəfəri isə ermənilərdən ibarət idi. Qafqazdakı rus ordu qərargahının başçısı (mənşəyi gürcü olan) general Sisiyanov (Sisişvili) 1805-ci ilin mayın 25-də rus çarı I Aleksandra məktubunda deyir: «Qarabağ coğrafi mövqeyinə görə Azərbaycanın və hətta İranın qapısı sayılır. Buna görə də Qarabağı işğal etmək üçün bütün gücləri səfərbər etmək lazımdır». Bu məqsədlə, Rusiya hegemonluğundan istifadə edərək, 14 may 1805-ci ildə Qarabağ xanı ilə Kürəkçay sahilində müqavilə imzalanır. Müqavilə 11 maddədən ibarət idi. Ən əsasları isə bunlar idi:

1. Qarabağ xanlığı Rusiya tabeliyinə qəbul olunurdu.
2. Daxili siyasətdə müstəqilliyi saxlayan xanlıq xarici siyasət hüququndan məhrum edildi.
3. Xanlıq hər il Rusiya xəzinəsinə 8 min çervon bac verməli idi.
4. Şuşada rus qoşunu yerləşdirilməli idi.

Eyni əsrin 1813-cü və 1828-ci illərində Azərbaycanın ərazi bütövlüyünü parçalayan daha iki müqavilə imzalandı. Bunlar isə tarixə Gülüstan və Türkmənçay sülh müqavilələri adı altında düşdü. Nəticədə İrəvan və Naxçıvan xanlıqlarından başqa Şəki, Gəncə, Şamaxı, Qarabağ, Bakı, Dərbənd xanlıqları da, Rusiyanın tərkibinə keçdi. Bu şərtləri , məlum tələblərinin yerinə yetirilməsi nəticəsində İran da, qəbul etdi. Bu gün Azərbaycan ərazisinin 1/5 hissəsi, o cümlədən doğma Azərbaycan torpağı olan və 1828-ci ildən başlayaraq, Rusiyanın iştirakı ilə İran və Türkiyədən gəlmə erməni ailələri köçürülən Dağlıq Qarabağda işğal altındadır.

Hal-hazırda dünyanın dörd bir tərəfində yaşayan ermənilərin özlərinə məxsus güclü lobilərinin və KİV-in fəaliyyəti sayəsində özləri ilə yalnız dini birkilərindən başqa heç bir əlaqəsi olmayan xristian aləminə çatdırmağa çalışırlar ki, Qarabağ savaşı tarixi ədalətsizliyə qarşı milli istiqlal müharibəsidir, hansı ki,
Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars 162667_171400072894382_100000731717184_404211_6862119_n

Azərbaycan haqlı olduğu halda səsini lazım olduğu qədər ictimaiyyətə çatdıra bilmir.
Tarixə bir qədər də, nəzər salsaq biz görərik ki, ermənilər həqiqətən də Dağlıq Qarabağ ərazisinə gəlmədirlər, çünki bunu onlar özləri Şərqi Anadoludan (Türkiyədən və İrandan) Lazarevin başçılığı ilə Qarabağa köçürülmüş əcdadlarının şərəfinə 1978-ci ildə (ermənicə) «Marağa 150» abidəsini ucaltmaqla etmişlər. Lakin, Ağdərə ərazisində yerləşən həmin abidəni 1991-ci ildə onların özləri həyəsızcasına dağıtmışdılar.

Məncə, bura qədər olan məlumat hər bir vətənini sevən azərbaycanlıya məlumdur, çünki vətənini sevən hər bir şəxs gərək ilk öncə tarixini sevsin və öyrənsin.

Lakin, mən nəzərinizə başqa bir maraqlı faktı çatdırmaq istəyirəm, yuxarıda qeyd etdiyim «Marağa 150» abidəsi dağılmağa məruz qalmasına baxmayaraq, hal-hazırda mövcuddur, öz nəzarətimiz altında olan ərazidədir. Təxminən, Tərtər şəhərindən 20 dəq. yol məsafəsində yerləşir. Bu abidə barədə məlumat mərhum akademikimiz İmam Mustafayevin çəkdiyi şəkillərə əsasən, Cəlal Əliyevin «Soyqırım və Deportasiya» və AMEA-nın Tarix institutunun direktoru cənab Y.Mahmudlunun Dağlıq Qarabağa həsr olunmuş əməyində öz əksini tapmışdır.

Bu abidənin hal-hazırda mövcudluğu barədə araşdırmağıma həvəs isə cənab Yaqub müəllimin Azərbaycan Dövlət kanalından bu abidənin Ağdərə ərazisində yerləşdiyi haqda çıxışı oldu. Çünki, bizim yaşadığımız Tərtər şəhəri sərhəd bölgəsidir. O, abidənin yerləşdiyi yer isə Marağa kəndidir, yəni indiki Şıxarx qəsəbəsidir. Ora ilə Tərtər şəhəri arasında isə cəmi 20 dəq. yol məsafəsi vardır.

Mən inanıram ki, göydə Allahın, yerdə ulu ondərimizin yadigarı olan cənab İlham Əliyevin sayəsində hər bir qarış torpağımız yağı düşmənlərimizin tapdağı altından azad olunacaq və biz tezliklə, buna nail olacağıq!

Bakı Dövlət Universitetinin

Tarix fakultəsinin IV kurs tələbəsi

Türkan Qasımova
turkk
İlteriş Kağan
İlteriş Kağan
Yazışmalık Yöneticisi


Yazışmalık Yöneticisi


Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars Turkey10
Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars Gencat10
Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars Pro10
Yaş Yaş : 42
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Turan
Lakap Lakap : ©ﻕΞתς яΞiS
Doğum Tarihi Doğum Tarihi : 01/10/81
 Atsız´ın hangi kitaplarını okudunuz? Atsız´ın hangi kitaplarını okudunuz? : Hepsini Okudum
İletiler: İletiler: : 5563
Üyelik Tarihi Üyelik Tarihi : 06/01/09
Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars Pro1010
Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars 290407


Ermənilərin ilk dəfə Şərqi Anadolu, Kars Ile10

https://ilteris.forum.st/

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz