12 dekabr Güney Azərbaycan Milli Hökumətinin ildönümdür
¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤ :: [Türkçülük] ve [Turancılık] :: Turan Coğrafyası :: Türk Devletleri
1 sayfadaki 1 sayfası

Yetmiş il öncə Güney Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında Milli Hökumət qurulmuşdu. Bu, elə bir dönəm idi ki, ikinci dünya savaşının başlanılması İngiltərə və Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu məqam ölkədə Rza Pəhləvinin istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər yandan mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına səbəb oldu. Ancaq, bununla yanaşı, demokratik proses ölkədə fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi. Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtləndi. Pişəvərinin başçılığı altında 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələndi. Ona görə də tarixiədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınır. Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir.
Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və minlərlə anda dildə orta məktəblərin açılması, Milli teatrın və mili Filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq irəliləyiş əldə etmişdi. Amerikalı hüquqşünas Uliyam Duqlas 1950-ci ildə Güney Azərbaycana getmiş və yerli camaatın Milli Hökümətin və onun Baş Naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.
1.Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi,
2.Hökümət iri bankları milliləşdirdi,
3.Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu, 4.Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı,
5.Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi,
6.Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu,
7.Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Bütün bunlarla yanaşı, Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya bölmək mümkündür.
1) Siyasi islahatlar,
2) Mədəni islahatlar,
3) Sosial-iqtisadi islahatlar.
Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli Ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli dövlətini müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir. Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular. Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu. Bu inqilab Pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Türk dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərinin nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu. Bununla yanaşı, bir neçə ictimai – Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tutmaqdadır. Bu möhtəşəm islahatlarla bərabər, Təbriz ədəbi mühitində canlanma yarandı. Milli Hökümət dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dilli mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı illərdə “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmu”, (Urmu), “Vətən” (Miyana) qəzet və dərgilər nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır.
Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. mühüm məsələlər qeyd olunmalıdır. Sosial-iqtisadi islahatların surətli şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı. Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Güney Azərbaycana qarşı işğalçı sifəti ilə hücum etmiş və Milli Hökümətin mövcudluğuna son qoymuşdur. Bu işğalın ardından onminlərcə Azərbaycan türkü edam edilmiş, ya da sürgünə göndərilmişdir. Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Quzey Azərbaycanın Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Milli Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam edilmiş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Güney Azərbaycan xalqının istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır. Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər Güneydə, istərsə də müxtəlif ölkələrdə gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.

Similar topics
» Güney azerbaycan
» Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti
» Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil!
» 20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy
» GÜNEY TÜRKİSTAN
» Seyid Cəfər Pişəvərinin 6 Dekabr 1946-cildə xalaqa müraciəti
» Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil!
» 20-ci əsrin əvvəllərində ermənilərin Azərbaycan Türklərinə qarşı etdiy
» GÜNEY TÜRKİSTAN
¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤ :: [Türkçülük] ve [Turancılık] :: Turan Coğrafyası :: Türk Devletleri
1 sayfadaki 1 sayfası
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz