¤ۣۜ..¤ İlteriş Türkçü Turancı Otağı ¤ۣۜ..¤
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil!

Aşağa gitmek

Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Empty Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil!

Mesaj tarafından erzurumlu25 C.tesi 23 Haz. 2012 - 8:15

Əslində soyad məsələsi bu qədər uzanmamalı idi. Necə ki, zamanında böyük Mustafa Kemal Atatürk bir qanun çıxararaq Türkiyədə bu məsələni ən qısa zaman ərzində həll etmişdi, biz də çevik davranıb soyadlarla işi bitirə bilərdik. Ancaq nə yazıq ki, bunu gerçəkləşdirəcək iradə hələ ki, tam olaraq özünü göstərməyib və bu üzdən soyad dartışmaları davam etməkdədir. Sözümüz isə bunda deyil. Bu yazını yazmağa vadar edən nədən rusların mirası olan soyad sonluqlarından qurtulmaq istərkən farsların mirasına açılan imkandır. Bəli, yanlış anlamadınız. Məhz rusdan qurtulub farsa təslim edilmək istənirik. Həm də birilərinin iddiasına görə, burada farslıq bir iş yoxmuş… İndi biz sırası ilə yazaq məsələ aydın olsun.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Azərbaycan Milli(!) Elmlər Akademiyasının soyad sonluqları ilə bağlı məlum tövsiyəsi yayımlandıqdan dərhal sonra bir dəyərləndirmə yazısı yazmışdım. Yazının tamamına toxunmadan qeyd etmək istərdim ki, farslardan qalma –zadə sonluğunu görüncə burada bir xəyanət əlinin olduğunu diqqətə çatdırmışdım. Bu yazım bir sıra informasiya vasitələrində yayınlanmış və mənə alqış məktubları da daxil olmuşdu. Ancaq bugünlərdə dostlardan bəziləri bir az da kəskin şəkildə –zadə sonluğuna qarşı çıxmağımı tənqid edərək onun məhz türklərə aid olduğunu iddia etdilər. Düzü şaşırdım və mümkün olduqca bunun bir fars nişanəsi olduğunu sübut etməyə çalışdım. Ancaq söhbətimiz ayaqüstü olduğu üçün söz verdim ki, məsələnin mahiyyəti ilə bağlı kiçik bir araşdırma aparıb mütləq geniş oxucu dairəsinə təqdim edəcəyəm. Beləliklə, aşağıda həm öz dil bilgilərimə, həm də yazılı ədəbiyyata əsaslanaraq –zadə sonluğunun türklərə aid olmadığını yüzdə yüz sübut etmək fikrindəyəm. Yeri gəlmişkən onu da deyim ki, dostlar “zadə” ilə “zat” sözlərinin eyni köklü olduğunu, əsil–nəcabət ifadə etdiyini bildirirdilər. Aşağıda verəcəyim misallardan da görəcəyik ki, onlar heç də eyni köklü deyil və həm də “zadə” fars olduğu halda “zat” ərəb sözüdür:

1. زاد) زاده) – zadə (zad): fars sözüdür, doğulmuş, törənmiş (soyad sonluğu) anlamı verir. Qaynaq: Ərəb və fars sözləri lüğəti. Bakı, Yazıçı – 1985. Səh. 207.
2. ذات – zat: ərəb sözüdür, əsil, mahiyyət, şəxs anlamı verir. Məsələn, ذات عالي – Zati ali (Yüksək şəxs). Qaynaq: Ərəb və fars sözləri lüğəti. Bakı, Yazıçı – 1985. Səh. 208.

Bu iki örnəkdə diqqət edilməsi gərəkən bir məqam da زاده və ذات sözlərinin ilk hərfləri arasındakı fərqdir: زاده sözü ز (ze), ذات isə ذ (zəl) hərfi ilə başlayır. Baxmayaraq ki, sonucda məntiqli olaraq hər ikisi qaynaq, soy, kök anlamına gəlir, istər “zadə”, istərsə də “zat” türk millətinə deyil, fars və ərəbə aiddir və elə buradan da çıxış edərək söhbəti bitirmək olardı. Ancaq düşünürəm ki, araşdırmamızı bir az davam etdirməkdə yarar var. Ona görə də bir sıra İnternet resurslarında soyadlarla bağlı araşdırma aparıb maraqlı sonuclar əldə etdik:

“Ənənəvi Azərbaycan soyadları bir qayda olaraq –lı, –li, –lu, lü (türk dilində “aid olmaq” bildirir), –oğlu, –qızı (türkcədir), –zadə (fars dilində “törənmiş”) kimi sonluqlar daşıyır. İran əsilli Azərbaycanlılar ənənəvi olaraq atalarının adları ilə birlikdə –pur və –zadə sonluqlarından istifadə edir. Ancaq çox zaman sakini olduqları şəhərin adını (misal üçün, Təbrizpur), yaxud da məşğul olduqları peşəni (Dəmirçizadə – Dəmirçinin oğlu) qullanırlar. Rusiya imperiyasının bir parçası olması üzündən Azərbaycanlıların bir çoxunun soyad sonluqları slavyan mənşəlidir: kişilər üçün –ov, qadınlar üçün –ova.” Buradan anlaşılan odur ki, Azərbaycanlılar fars kökənli –zadə və slavyan kökənli –ov və –ova soyad sonluqlarından istifadə edir. Bizim üçün önəmlisi –zadə sonluğunun farsca olduğunun sübutudur.

“Bir çox fars (İran) soyadları aşağıdakı sonluqları daşıyır: –i (aidiyyat bildirir), –zadə (törənmiş), –pur (oğlu), –nejad (soyundan gələn), … –çi (peşə bildirir). Misal üçün: Kağazçı – kağız məhsulları ilə uğraşan.” Burada bir daha təsdiq edilir ki, –zadə farslara aiddir. Həm də diqqət çəkən odur ki, türklərə aid olan –çı (dörd şəkildə) da İranda vətəndaşlıq qazanıb.

Və daha bir maraqlı misal: “Kürd soyadlarına qoşulan sonluqların çoxu –i və –zadə şəklindədir”. Nəzərə alsaq ki, kürdlər də farsdilli xalqdır, –zadə sonluğunun həm də onlara aid edilməsi təbii qarşılanmalıdır.

Daha bir maraqlı tapıntını da Yahoo! Answers?–dən aşkar etdik:

Sual: Fars –zadə sonluğu nə anlama gəlir?
Cavab: Mən soyadları Mehdizadə, Faxarzadə, Mohammadizadə olan bir çox farslara rast gəlirəm. Bu nə deməkdir? Mənim soyadım Şirazidir və bu da o deməkdir ki, mən Şirazdanam. –zadə isə “doğulmuş” anlamına gəlir. Misal üçün, Cəlilzadə soyadı o anlama gəlir ki, biz Cəlilin soyundan gəlirik.

Buradan bir daha aydın olur ki, dünyanın hər tərəfində –zadə soyad sonluğunun farslara aid olduğu bilinir və qəbul edilir. Bu arada maraqlı ola biləcəyini düşündüyümüz bir sıra örnəklərlə –zadə sonluğunun kimə aid olduğunu və nə ifadə etdiyini göstərək (örnəklər Farsca–İngiliscə İnternet sözlüyündən alınıb):

زاده (–zadeh, –zada) – son of (oğlu); زادگان (–zadegan) – plural of –zadeh (–zadənin cəmi); آقازاده (aqazadə) – son or daughter of a gentleman (bəy oğlu və ya qızı); امامزاده (imamzadə) – offspring of an Imam (İmamın övladı); برادرزاده (bəradərzadə) – brother’s son or daughter (qardaşın oğlu və ya qızı); حرامزاده (haramzadə) – illegitimate, bastard (qanunsuz, bic uşaq); حلالزاده (halalzadə) – legitimate child (qanuni uşaq); شاهزاده (şahzadə) – prince (şah oğlu); همشيرهزاده (həmşirəzadə) – nephew or niece by a sister (bacı qızı və ya oğlu); نوزاده (novzadə) – newborn (yeni doğulmuş); بشرزاده (bəşərzadə) – child of the globe (bəşər övladı).

Göründüyü kimi, –zadə bir soyad sonluğu olmaqla bərabər fars dilində geniş şəkildə işlənərək yeni sözlərin düzəldilməsində də çox qullanılır. Halbuki türk dillərində bu hala rast gəlmirik. Bu da təbiidir əlbəttə. Çünki –zadə farslara məxsus olduğu üçün sözdüzəldici şəkilçi kimi həmin dildə geniş işlədilməsi təbiidən başqa bir şey ola bilməz.

Yeri gəlmişkən, bir məqama da aydınlıq gətirmək istərdim. Mənim –zadə soyad sonluğuna üsyan etməyim bəzi şəxslərdə qıcıq yaradıb. İddia da bundan ibarətdir ki, Azərbaycan xalqının soyadları –zadə ilə bitən çoxlu məşhur şəxsləri olub və buna görə də ondan imtina etmək doğru olmazdı. Heyrət yəni! Bu məntiqsiz fikrə qısaca cavab verirəm: Elə isə rus soyad sonluqlu məşhur və hörmətli şəxsiyyətlərimiz heç də –zadə soyadlılardan az sayda deyil. Onda niyə rus soyad sonluqlarından imtina edirik?

Başqa bir iddia da bundan ibarətdir ki, hazırda Azərbaycan xalqının hardasa on faizi (hərçənd mən buna inanmıram) soyad sonluğunu –zadə şəklinə dəyişib və onların istəyinə uyğun olaraq bu sonluğu qəbul etməliyik. Yenə də heyrət! Rusdan qurtulmaq istərkən farsa calanmağımızın faydası və mənası nədir axı?

Ötən yazımda da qeyd etmişdim və bir daha təkrar edirəm: bu –zadə sonluğunu bizə sırımağa çalışanlarla mütləq Milli Təhlükəsizlik Nazirliyi məşğul olmalıdır! Bunlar kimdirsə, Azərbaycana deyil, İrana işləyənlərdir!

Bu arada xalq arasında gəzən bir söhbəti də xatırlatmaqda yarar var. Azərbaycan yenidən bağımsızlıq qazandığı illərdə İran dövləti milli bayrağımızda mavi ilə yaşıl rəngin yerini dəyişmək üçün beş milyon dollar rüşvət təklif edirmiş. Ancaq gerçəkdən milli və yurdsevər insanlarımız vicdanlarını satmadığından İranın alveri baş tutmayıbmış. Deyirəm, bəlkə bu soyad məsələsində də İran eyni üsulu işə salmasın? Həm də o illərlə indiki illər arasında dəyərlərimiz də çox dəyişib axı…

Və son olaraq: Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Bunu da soyadlarla bağlı son qərarı verəcək şəxslərin diqqətinə ərz edirik.

Azer Hasret
erzurumlu25
erzurumlu25
.::Tengri::.


.::Tengri::.


Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Turkey10
Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Gencat10
Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Pro10
Yaş Yaş : 45
Cinsiyet Cinsiyet : Erkek
Nerden Nerden : Erzurum
Lakap Lakap : Vatan delisi
Doğum Tarihi Doğum Tarihi : 22/04/79
İletiler: İletiler: : 757
Üyelik Tarihi Üyelik Tarihi : 29/12/09
Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Pro1010
Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! 910
Azərbaycan Türkləri rus olmadığı kimi fars da deyil! Ile10

Sayfa başına dön Aşağa gitmek

Sayfa başına dön

- Similar topics

 
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz